Türkiyəli model Ebru Şallının həyat yoldaşı iş adamı Uğur Akkuş həbs olunub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuş xarici iş adamlarına yüksək gəlirlər əldə edəcəklərini vəd edərək onlara qarşı dələduzluq edib.
10 il həbsi tələb olunan iş adamı 8 il 4 ay müddətində azadlıqdan məhrum edilib.