Çində sosial şəbəkələrdə məşhur brendin adı hallanan yeni qalmaqal müzakirələrə səbəb olub. Bu dəfə tənqidlərə "Dior" markası tuş gəlib. Buna səbəb brendin Şanxaydakı sərgisində nümayiş etdirilən çinli modelin "Lady Dior" çantası ilə olan fotosudur.
"Unikal" xəbər verir ki, “Beijing Daily” nəşri şəkillə “Diorun gözündə bu asiyalı qadındırmı?” adlı qalmaqallı başlıqla məqalə dərc edib. Nəşrdə brendi fotodakı çinli qızı ən xoşagəlməz şəkildə təqdim etməyə çalışdıqları bildirilib.
Foto yerli fotoqraf Çen Menq tərəfindən çəkilib. Fotoqrafın ya Qərb dünyasının markaları, ya estetik zövqlə "oynadığı" da tənqidlər sırasında yer alıb.
Rəsmi olaraq "Dior" tənqidlərlə bağlı açıqlama verməsə də, fotonun sərgidən qaldırıldığı bildirilib.