Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Zəngilanda minaya düşüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Bartaz qəsəbəsində qeydə alınıb.

Hadisə nəticəsində ANAMA əməkdaşı 1972-ci il təvəllüdlü Babayev Vaqif Əlizad oğlu xəsarət alıb. Onun vəziyyəti ağır qiymətləndirilir.