İmişlidə sürücü ürək tutmasından avtomobildə keçinib.

"Unikal" Report-a istinadən xəbər verir ki, hadisə rayonun məcburi köçkünlərin yaşadığı Fin qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, Mingəçevirdə yaşayan Ağdam rayon sakini, 1966-cı il təvəllüdlü Quliyev Faiq Allahverdi oğlu idarə etdiyi “Renault” markalı minik avtomobili ilə İmişlidə yaşayan qardaşıgilə gələrkən qəfil halı pisləşib.

Bu zaman avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb. F.Quliyev maşında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.