Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı minik avtomobili piyadanı vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hazırda hadisənin təfərrüatları və yaralının şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.