Bir müddətdir Dalamanda yaşayan aktyor Kadir İnanır ötən həftəsonu xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, həkimlər aktyorun nəzarət altına alındığını açıqlayıb. Xəstəxandan bildirilib ki, aktyor əməliyyat olunub.
"Əməliyyat ötən gün axşam oldu. Uğurlu keçdi və reanimasiyadadır. Müalicəsi davam edir" deyə, xəstəxanadan deyilib.
Həyat yoldaşı Jülide Kural isə açıqlamasında aktyorun hazırda durumunun yaxşı olduğunu bildirib.