Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir-Bəhramtəpə avtomobil yolunda Yevlaxın Mingəçevir şəhərinə yaxın hissəsində qeydə alınıb.

Təkərin partlaması nəticəsində "Lada Priora" markalı minik maşını aşıb. Qəza nəticəsində avtomobildə olan Aran qəsəbə sakinləri oğul, ana və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

E.Muradlı