Goranboyda piyadanı maşın vurub.

"Unikal"-ın məlumatına görə, hadisə Rəhimli kəndi ərazisindən keçən magistralda baş verib.  Minik avtomobili yolu keçmək istəyən 1987 - ci il təvəllüdlü rayon sakini Muradov Coşqun Aqil oğlunu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

E.Muradlı