"Azərişıq" ASC-nin əməkdaşı minaya düşərək xəsarət alıb.
"Unikal" xəbər verir ki, hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.
Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb.
Yaralının sağ ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.