Türkiyəli aktrisa Dilan Çiçək Dəniz şəhərdən kəndə köçüb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa göl kənarında 6 otaqlı ev kirayələyib. Dilan əmlak üçün aylıq 50 min lirə (təxminən 7 min 605 manat) ödəyəcək. Aktrisa evi öz zövqünə görə dekorasiya etdirib.
Qeyd edək ki, sənətçi sonuncu dəfə "Alev alev" serialında rol alıb.