Noyabrın 21-də axşam saatlarında Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Mərkəzi Regional şöbəsinin Sahil nəzarət bölməsinə balıqçı qayığının mühərriyində yaranan nasazlıq səbəbindən 2 nəfərin dənizdə köməksiz qalmaları barədə məlumat daxil olub.
Bu barədə "Unikal"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində qayığın koordinatları müəyyənləşdirilib, əraziyə göndərilən sərhəd gözətçi gəmisi tərəfindən Sumqayıt reydində sahildən təqribən 4 mil aralı dənizdə qalmış balıqçı qayığının heyəti-Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsinin sakinləri Hüseynov Fuad Əmircan oğlu və Hüseynov Ramil Əmircan oğlu xilas edilərək üzmə vasitəsi ilə birlikdə sahilə çıxarılmaları təmin olunub.