Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 390 ictimai iaşə obyektində 687 monitorinq keçirib.
AQTA-dan "Unikal"a verilən məluamta görə, monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küç., ev 38A ünvanında yerləşən, fiizki şəxs Aslanov Rafiq Zabit oğluna məxsus “Şəki” restoranı;
2. Bakı şəhəri, Səbail rayonu, Rəfibəyli küç., ev 37 ünvanında yerləşən, hüquqi şəxs “Madoer” MMC-yə məxsus “Mado” kafesi;
3. Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 720 ünvanında yerləşən, hüquqi şəxs "Siti Keyterinq" QSC-yə məxsus “Cafe City” kafesi”
4. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 44 ünvanında yerləşən, hüquqi şəxs "City Service Company" MMC-yə məxsus “Food Station” restoranı;
5. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq, məh. 40 ünvanında yerləşən, fiziki şəxs Məmmədzadə Hüsən Məmməd oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nərimanov rayonu, Xoyski pr., məh. 830-835 ünvanında yerləşən, hüquqi şəxs "Özsüt Azerbaijan" MMC-yə məxsus “Özsüt Gənclik Mall” restoranı;
7. Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən, fiziki şəxs Əskərova Səbirə Ağaşirin qızına məxsus “Fazenda” restoranı;
8. Quba rayonu, Vladimirovka kəndində yerləşən, fiziki şəxs Fətullayev Zahid Nəzərşah oğluna məxsus “Fayton” kafesi;
9. Quba rayonu, İkinci Nügədi kəndində yerləşən, hüquqi şəxs "Saf Catering Macara" MMC-yə məxsus restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.