İkinci Qarabağ müharibəsi zamanı ölən daha iki erməni hərbçinin qalıqları tapılıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, cəsədlər Cəbrayıl rayonunda aşkarlanıb.
Cəsədin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra dəqiqləşəcək.
Qeyd edək ki, bununla da müharibədən sonra işğaldan azad edilən ərazilərdən tapılan erməni hərbçilərin sayı 1700-ə çatıb