Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin sərhəddə törətdiyi təxribat zamanı saxlanılan erməni hərbçilərin sayını açıqlayıb.
"Unikal" xəbər verir ki, Paşinyan təxribat zamanı 32 hərbçinin Azərbaycan ordusu tərəfindən saxlanıldığını bildirib.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi saxlanılan erməni hərbçilərin sayının 19 olduğunu elan etmişdi.
Paşinyan bildirib ki, saxlanılan 32 erməni hərbçi ilə bağlı məlumatlar dəqiqləşdirilir.
"Başa düşürəm, belə danışmaq yersizdir... Amma altı ölü, 24+8 saxlanılan var. Bununla belə, məlumatları dəqiqləşdirmək lazımdır”, - deyə Paşinyan bildirib.