"Bu gün konstitusiyada dəyişikliyə ehtiyacı olan məsələ bələdiyyələrlə bağlıdır. Referendumla konstutusiyaya heç bir mənası olmayan maddə salındı ki, bələdiyyələr Milli Məclisə hesabat verilməlidir". 

“Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. 

Deputat bildirib ki, bu günə kimi Milli Məclisdə heç bir bələdiyyə hesabat verməyib.  O qeyd edib ki, seçkili orqan başqa seçkili orqana hesabat verməməlidir.

Milli Məclisin sədr müavini Əli Hüseynli deputata cavab olaraq bildirib ki, konstitusiya belə münasibəti qəbul etmir: 

“Bu gün bələdiyyələrə nəzarəti həyata keçirən qurum mövcuddur. Bu qurum da hər il burada hesabat verir. Bu hakimiyyət orqanları ilə səmərəli əməkdaşlığın bir formasıdır”.

Anar Kəlbiyev