Almaniyanın Müdafiə Nazirliyi Bundesferin hərbi qulluqçuları üçün koronavirus peyvəndini məcburi etmək qərarına gəlib.
"Unikal" xəbər verir ki, müvafiq qərar çərşənbə günü Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer tərəfindən qəbul edilib.
Məcburi vaksinasiyanın Bundesferin 180 mindən çox hərbçisinə şamil ediləcəyi bildirilib. Peyvənddən imtina edənlərin intizam məsuliyyətinə cəlb olunacağı vurğulanıb.
Qeyd edək ki, Almaniyada COVID vaksinasiyaya ötən ilin dekabr ayının sonunda başlanılıb. Ölkədə “Pfizer/ BioNTech”, “Moderna”, “Johnson & Johnson” və “AstraZeneca” peyvəndlərindən istifadə olunur.