ABŞ Prezidenti Co Baydenin bağırsağından 3 mm-lik xoşxasəli polip (xərçəng xəstəliyinə çevrilmə ehtimalı yüksək olan şiş-red) çıxarılıb. Histoloji (orqanizmin toxumalarının morfoloji-funksional xüsusiyyətlərinin tədqiqi) müayinədən keçən nümunə 2008-ci ildə ondan çıxarılan polipə bənzər boru adenoması kimi müəyyən edilib.
"Unikal" xəbərverir ki, bu barədə Ağ Evin həkimi Kevin O Konnor bildirib. Onun sözlərinə görə, boru adenoması xoş xassəlidir və yavaş-yavaş böyüyür, lakin "hazırda əlavə müdaxilə tələb etməyən potensial xərçəng qabağı lezyon (toxuma və ya orqanı əhatə edən anormal dəyişiklik - red)" hesab olunur.
Həkimlər Prezidentin səhhətinin ona heç bir məhdudiyyət olmadan dövlət başçısı və ali baş komandanlıq vəzifələrini yerinə yetirməyə imkan verdiyi qənaətinə gəliblər.