ABŞ-da illərdir muzey oğurluğu ilə məşğul olan şəxs 40 ildən sonra tutulub.
"Unikal" xəbər verir ki, 78 yaşlı Tomas Qevin adlı şəxs ABŞ-da İnqilab Müharibəsi dövrünə aid nadir tüfəng satmaq istəyərkən saxlanılıb. Tomas polislərə 1960-1970-ci illərdə onlarla oğurluq etdiyini etiraf edib. Şəxsin işi məhkəməyə göndərilib.
Maraqlısı budur ki, məhkəmə Tomasa 1 gün həbs cəzası verib. Bundan əlavə, o1 il ev dustaqlığına və 25 min dollar pul cəzasına məhkum edilib.