Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Nikol Paşinyana qarşı çıxıb.
"Unikal" xəbər verir ki, Ohanyan Baş nazirin noyabrın 23-də onlayn mətbuat konfransı zamanı "Ermənistan sərhədinin haradan keçdiyini millimetr dəqiqliklə bilirəm" ifadəsinə ziddiyyətli fikir bildirib.
"Ermənistanın sərhədlərini millimetr dəqiqliklə təmsil edəcək şəxs yoxdur. Heç kim Ermənistanın sərhədlərini aydın şəkildə təqdim edə bilməz", - deyə keçmiş nazir bildirib.
Gülayə Mecid