Binəqədi rayonunda magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri davam edir.
"Azərsu" ASC-dən "Unikal"-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə suyun verilişi dayandırılıb. "Çətin şəraitdə, xüsusi texnikaların və projektorların köməkliyi ilə iş başa çatdırılacaq", - deyə ASC-dən bildirilib.