Bərdədə baş verən ağır yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Unikal"ın məlumatına görə, zəncirvari qəzada olan avtomobillərdən birinin - "VAZ-21015"-in sürücüsü meyvə satışı ilə məşğul olurmuş. Avtomobil qəzaya uğrayan zamanı minik vasitəsində xurma olub. Ağır qəza nəticəsində avtomobilin sürücüsü Göyçay rayon sakini Rəhimov Elvin Mübariz oğlu hadisə yerində ölüb. 

xxx

20:29

Bərdədə  ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisində baş verib.

Belə ki, "Mercedes",  "Vaz- 21015" və "Volksvagen" markalı minik avtomobilləri toqquşması zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Xəsarət alanlar Mingəçevir şəhər sakinləri 1974-cü il təvəllüdlü Əhmədov Elxan Fərəc oğlu, 1985-ci il təvəllüdlü Həmzəyev Malik Əli oğlu və 1985-ci il təvəllüdlü Əmiraslanov Sərxan Zaman oğludur.

Faktla bağlı araşdırma aparılır.

Həsən Adıgözəlov