Ermənistanın paytaxt şəhəri İrəvanda mitinq keçirilir.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilir ki, etirazçılar əllərində plakatlarla Paşinyanın istefasını tələb ediblər. Əraziyə canlı qüvvə və polis qrupları cəlb olunub.
Mitinq iştirakçıları Azadlıq meydanına toplaşaraq, Soçidə baş tutacaq görüşün təfərrüatlarını tələb ediblər.
Gülayə Mecid