Gürcüstanda ötən sutka ərzində daha 4 534 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 74 nəfər vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Son 24 saat ərzində daha 3 742 nəfər müalicə olunaraq sağalıb.
Gürcüstanda indiyədək COVID-19-a 831 248 yoluxma faktı qeydə alınıb. Yoluxanların 772 301-i sağalıb, 11 810-u isə ölüb.