Ermənistanda daha 675 nəfərdə koronavirus aşkarlanıb.

"Unikal" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 337 005 nəfərə yüksəlib.

Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 40 nəfər ölüb. Bununla da ölənlərin sayı 7 459-a çatıb.