Braziliya prezidenti Jair Bolsonaru və xanımı Mişel Bolsonaru hərbi məktəbin açılış mərasimində iştirak ediblər.
"Unikal" xəbər verir ki, mərasimdən sonra jurnalistlərə açıqlama verən Jairlə Birinci xanım arasında maraqlı nüanslar yaşanıb.
Belə ki, Braziliya prezidenti həmişə ac olduğunu və yeməkləri ayırd edə bilmədiyini deyib. Daha sonra o, bunun zarafat olduğunu əslində qadınlarla münasibətdə çətinlik yaşadığını ifadə edib. Bu zaman Mişel "Bu gecə divanda yatacaqsan", - deyə Jair Bolsonaruya zarafat edib.
O, bu sözlərindən sonra Jairin qulağını çəkib. Birinci xanımın bu hərəkəti mediada gündəm yaradıb.
Gülayə Mecid