Son zamanlar yayımladığı videolarda depressiyadan danışan və bəzi sosial media istifadəçilərini intihara sövq etdiyi iddia edilən 'Luo Xiao Mao Mao Zi' adlı "TikTok" istifadəçisi canlı yayım zamanı intihar edib.
"Unikal" xəbər verir ki, çinli gənc qız pestisidlər içərək həyatına son qoyub. Hadisədən sonra xəstəxanaya yerləşdirilən fenomeni bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb.
Fenomenin ölümündən sonra o, yandırılıb. Daha sonra vida mərasimində qızın külü yas evinin işçisi tərəfindən oğurlanıb. İşçinin külləri başqalarına “ruh nikahı” üçün satdığı bildirilib. Qısa müddətdə həmin şəxs polis tərəfindən yaxalanıb.