“National Geographic” jurnalının üz qabığının fotosuna çəkilərək dünyaca məşhurlaşan “Əfqan qızı” Şərbət Qula İtaliyaya sığınıb.
"Unikal" xəbər verir ki, İtaliya hökuməti Talibanın Əfqanıstanda nəzarəti ələ keçirməsindən 3 ay sonra ölkəsini tərk etmək istəyən Qulaya təxliyyə prosesində kömək etdiklərini açıqlayıb.
İtaliya hökumətinin Nazirlər Şurasının bəyanatında aşağıdakı ifadələr yer alıb:
“Əfqanıstan vətəndaşı Şərbət Qula Romaya gəlib".
Qeyd edək ki, məşhur foto 1985-ci ildə fotoqraf Stiv Makkarri tərəfindən çəkilib. Həmin vaxt Qulanın 12 yaşı olub.