Bakıda zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Əbdülvahab Salamzadə küçəsində baş verib. Belə ki, 5 müxtəlif markalı avtomobil toqquşub.
Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Hazırda sözügedən küçədə sıxlıq müşahidə olunur.
Murad İbrahimli