Rusiya Müdafiə Nazirliyinin Nijeqorod vilayətinn Dzerjinski şəhərində yerləşən Y.M.Sverdlov adına hərbi zavodunda partlayış olub.
"Unikal" TASS-a istinadən xəbər verir ki, məlumatı nazirlik yayıb.
Hadisə partlayıcı istehsal edən sexdə qeydə alınıb. Nəticədə 3 nəfər yaralanıb. Yaralılar hospitala yerləşdirilib.
Partlayışdan sonra yanğın başlayıb.
Hadisə yerində yanğınsöndürənlər cəlb olunub.
Rusiya fövqəladə hallar naziri səlahiyyətlərini icra edən Alkesandr Çupriyanov Dzerjinskə gedib.
Hadisənin səbəbi araşdırılır.