Çiçək ləqəbli aparıcı Şəhla Vakkas "Həmin Zaur" proqramında qonaq olub.
"Unikal" xəbər verir ki, verilişin aparıcısı Zaur Kamalla Şəhla arasında maraqlı dialoq yaranıb.
Belə ki, Zaur "Çiçəyə aşiq olduğunu etiraf edib:
"Radioya ilk dəfə gələndə gözəl bir qız gördüm. Səsini eşitmişdim, amma bu olduğunu bilmirdim. Çiçəyi gördüm, aşiq oldum. Çox xoşuma gəldi. Bir dəfə mən studiyada ona baxanda qapını bərk çırpdı. Yaxşı ki, bunu almamışam, od parçasıdır".