Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Gülgəz Məmmədova və Elnarə Qaraşova Türkiyə Respublikasında keçirilən “Rəqəmsal informasiya strukturlarında yeni nəsil həllər” mövzusuna həsr olunan beynəlxalq konfransın iştirakçısı olublar.
Universitetdən "Unikal"a verilən məlumata görə, Türkiyənin Antalya şəhərində baş tutan beynəlxalq konfransda "ANKOSLink 2021" açıq elm, smart kitabxanalar, açıq məlumat bazaları, elektron xidmətlər, beynəlxalq nəşriyyatlara abunəlik , eyni zamanda COVID-19 pandemiyasının kitabxana xidmətlərinin inkişafına təsiri ilə bağlı təcrübə mübadiləsində bir sıra məsələlərə münasibət bildirilib.
“Rəqəmsal informasiya strukturlarında yeni nəsil həlləri” adlı konfransa dünyanın müxtəlif ölkələrindən 500-dən çox kitabxana- informasiya mütəxəssisi qatılıb. Konfrans öz işinə Antalya Bilim Universitetinin yeni kitabxanasının açılışı ilə başlayıb. Adikeçən konfransın işində ölkəmizi Azərbaycan Kitabxana-İnformasiya Konsorsiumunun təşkilatçılığı ilə 10 nəfərlik qrup təmsil edib.