Müğənni Roza Zərgərliyə qarşı dələduzluq edilib.
"Unikal" xəbər verir ki, bir falçı müğənninin şəklini qoyaraq, özünü reklam edib. Belə ki, "Instagram"da səhifələrin birində Rozanın fotosunu qoyaraq "Roza Zərgərliyə cadu etdilər" sözləri yazılıb və falçının telefon nömrəsi qoyulub.
Bundan sonra Roza Zərgərli sosial şəbəkə hesabından bununla bağlı açıqlama yayıb. O, həmin falçıya zəng edərək "Məndə cadu var? Məndən cadu tapmısınız? Həmin səhifə mənim şəklimi sənin fotonun yanına qoyanda niyə demirsən?" sözlərini söyləyib.
Roza daha sonra həmin şəxslərlə bağlı polisə şikayət edib.