Türkiyədə keçirilən "Altın Kelebek" mükafatına Azərbaycandan Nahidə Babaşlı layiq görülüb.
"Unikal" xəbər verir ki, bu gün baş tutan tədbirdə ölkəmizi Nahidə Babaşlı, Çinarə Məlikzadə və Ayaz Babayev təmsil edirdi.
N.Babaşlı "Azərbaycanın parlayan gənc ulduzu" kateqoriyası üzrə mükafata layiq görülüb.
O, mükafatını alaraq, mahnı səsləndirib.
Qeyd edək ki, bundan əvvəl mükafata namizədlər sırasında Çingiz Mustafayev və Hiss də yer alırdı. Onlar daha sonra mükafatdan imtina edib.
“Altın kelebey”yə bir dəfə Xalq artisti Aygün Kazımova, iki dəfə Röya Ayxan qazanıb.