"Ağakərimin səhhətində heç bir dəyişiklik yoxdur. Günü-gündən pisə doğru gedir".
Bunu "Unikal"a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən həmkarı Ağakərim Novruzovun səhhətindən danışarkən deyib.
Onun sözlərinə görə Kərimin sağlıq durumu daha da pisləşib:
"Bir neçə gün əvvəl yanına getmişdim. Səhhətində heç bir irəliləyiş yoxdur. Əksinə gerilik var. Həkimlər deyir tərpənməsin yerindən. Nə danışır, nə də tərpənir. Yeyib-içməyi də normal deyil. Allaha ümid edirik".
Qeyd edək ki, meyxana ifaçısı Ağakərim Novruzov 2017-ci ilin mart ayında insult keçirib.
Gülayə Mecid