"Prezident İlham Əliyevlə görüşümüzdə Qarabağ savaşından söz açdıq. ATƏT-in Minsk qrupunun təxminən 30 il davam edən ikiüzlü siyasətinə toxunduq. Onlar 30 il ərzində heç bir addım atmadılar. Minsk qrupunun məqsədi o idi ki, Qarabağ ermənilərdə qalsın".
"Unikal" xəbər verir ki, bunu Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, onların istəyi baş tutmadı və Azərbaycanın torpaqları işğaldan azad edildi: "Görüşdə dedim ki, türk əsilli aliməm. Türk olmanın önəmli yönü də elm sahəsində güclü olmaqdır. Əgər bilikli olmasan xarici qüvvələrin etdiklərinə qarşı çıxmaq olmaz və onların istədiklərini edərsən. Bunu İlham Əliyev də dəstəklədi. Ərdoğanla da görüşümdə eyni şeyləri deyirdim ki, təməl biliklərə hər şeydən əvvəl üstünlük verilməlidir. Texnologiya da təməl biliklər əsasında düzgün qurula bilər. Bunun da türk dünyasına faydasından başqa insanlığa qarşı borcumuzdur".
"44 günlük Vətən müharibəsindən sonra ABŞ-da qarşıdurma olacağından edirdim. Lakin həmin ərəfədə daxili siyasət baxımından başları qarışıq oldu və qarşı çıxa bilmədilər. Əslində qarşı da çıxa bilməzdilər, çünki Azərbaycan öz haqlı səsini ucaldıb torpaqlarını azad etdilər. Avropada olub ancaq onu izləmədim", - o bildirib.