Türkiyəli aktrisa Amine Gülşənin futbolçu həyat yoldaşı Məsud Özil sosial şəbəkədə yayımlanan fotosunu ilə gündəmə gəlib.
"Unikal" xəbər verir ki, diqqət çəkən məqam isə futbolçunun "Patek Philippe" brendinə məxsus saatı olub. Aksessuar 400 min dollar (təxminən 680 min manat) dəyərindədir.
Qeyd edək ki, saat kolleksiyası olan Özil daha öncə də 9 milyon lirəlik saatı ilə gündəmə gəlmişdi.