Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransaya işgüzar səfərə gedir.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, səfər dekabrın 10-dək davam edəcək.
Səfər çərçivəsində Mirzoyan iqtisadi əməkdaşlığın inkişafı və genişləndirilməsi üzrə Ermənistan-Fransa işçi qrupunun birgə iclasında iştirak edəcək, bir sıra nazirlərlə görüşəcək.