Dünyaca məşhur model İrina Şeyk Nyu-Yorkda yerləşən lüks mənzilini satışa çıxarıb.
"Unikal" xəbər verir ki, model 8,2 milyon dollar qarşılığında onu yeni sahibinə təqdim edəcək.
Qeyd edək ki, İrina mənzili 2016-cı ildə 6 milyon dollara investisiya məqsədi ilə alıb. O, mənzili ayda 20 min dollara kirayə verirdi.