Dekabrın 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytı məlumat yayıb.
Qeyd olunub ki, nazirlər ikitərəfli, regional və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə ediblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 26 noyabr 2021-ci il tarixli Soçi razılaşmalarının həyata keçirilməsinə xüsusi diqqət ayrılıb.
“Rusiya tərəfi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası işlərinin tezliklə başlanmasının təmin edilməsinin, həmçinin Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli İşçi Qrup çərçivəsində nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması üzrə əldə edilmiş razılaşmaların praktiki müstəviyə çevrilməsinin
zəruriliyi vurğulanıb", - məlumatda deyilir.
xxx
21:40
Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov arasında telefon danışığı baş tutub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Onlar Qarabağ məsələsini, 10 noyabr 2020-ci il və 11 və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində sazişlərin icrasını müzakirə ediblər.
Xarici işlər nazirləri “3+3” təşəbbüsünə də toxunublar.