Azərbaycanın Ankaradakı səfirliyi Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisinin İraqda şəhid olması ilə bağlı başsağlığı verib.
"Unikal" xəbər verir ki, başsağlığı mətnində deyilir:
“İraqın şimalındakı Pəncə-İldırım bölgəsində 3 qəhrəman türk hərbçisinin şəhid olması barədə xəbəri dərin hüznlə aldıq. Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına və bütün türk xalqına başsağlığı veririk”.