“Şuşada tikinti işləri gedərkən mina partlayışı nəticəsində 2 mülki şəxs həlak olub. 10 noyabr 2020-ci ildən indiyədək Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məqsədyönlü şəkildə basdırılmış minalar 189 azərbaycanlının (mülki və hərbi) həyatına son qoyub.”
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva şəxsi “Tvitter” səhifəsində yazıb.