ABŞ-ın Müdafiə naziri Lloyd Ostin, İsrailin müdafiə naziri Benny Gantz ilə görüşüb.
"Unikal" xəbər verir ki, Ostin israilli həmkarı Gantzı Pentaqonda qonaq edib. Belə ki, görüşdən əvvəl jurnalistlərə açıqlama verən ABŞ-ın müdafiə naziri İranla davam edən danışıqların nəticəsiz qalacağı təqdirdə başqa variantlara hazır olduqlarını ifadə edib.
Həmçinin, Ostin ABŞ-ın İsrailin bölgədə keyfiyyət üstünlüyünə sadiq olduğunu bir daha vurğulayıb.
“Biz İsrailin İran hökumətinin sabitliyi pozan hərəkətləri, o cümlədən terrorizmə dəstəyi, raket proqramı və həyəcanverici nüvə irəliləyişləri ilə bağlı dərin narahatlığını bölüşürük”, - deyə Ostin bildirib.