"Ən yaxşı rejissor" nominasiyası üzrə "Oskar" mükafatına namizəd olan ilk qadın Lina Vertmüller vəfat edib.
"Unikal" xəbər verir ki, rejissor ötən gecə 93 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.
Qeyd edək ki, L.Vertmüller kino sənayesində ilk addımlarını "La dolce vita" və "Səkkiz yarım" filmlərinin çəkiliş meydançasında Federiko Fellininin köməkçisi kimi atıb. O, 1977-ci ildə “Yeddi gözəl” filminə görə "Oskar"a namizəd olub. Bununla da Lina sözügedən mükafata namizəd olan ilk qadın kimi tarixə düşüb.