Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə şəhər mərkəzində qeydə alınıb. Belə ki,  "VAZ 21015" markalı minik maşını ilə "Ford" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 2003-cü il təvəllüdlü İlham İsmayılov və 2004-cü il təvəllüdlü Sahil İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar Yeni Veyisli kənd sakinləri olan yaxın qohumlardır.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradlı