Xərçənglə mübarizə aparan türkiyəli məşhur aktrisa Canan Ergüderin rol alacağı "Oğlum" serialının heyətinə daxil olan aktyorlardan daha birinin kimliyi açıqlanıb.
"Unikal" xəbər verir ki, yaxın zamanda yayımlanması planlaşdırılan ekran işində aktrisa Songül Öden rol alacaq.
Uzun müddətdir ekranlardan uzaq qalan aktrisa layihədə Zeynep obrazına həyat verəcək.
Qeyd edək ki, "Show" telekanalında yayımlanacaq serialda aktyorlar Timur Acar və Serhat Teoman da yer alacaq.