İmişli sakini Goranboyda zəhərlənib.
"Unikal"-ın məlumatına görə, hadisə rayon mərkəzində yerləşən evlərdən birində baş verib. Belə ki, 1991-ci il təvəllüdlü İmişli rayon sakini Hümbətov Ruhamin Qərib oğlu kirayə yaşadığı mənzildə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradlı