Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, həmçinin səfirliyin Hərbi Attaşesi, briqada generalı Zəkəriyyə Yalçın işğaldan azad edilmiş torpaqlarda atəşkəsin qorunub saxlanılması üçün Türkiyə ilə Rusiya arasında 11.11.2020-ci il tarixdə imzalanmış müqaviləyə uyğun yaradılmış “Birgə Monitorinq Mərkəzi”nə baş çəkiblər.
"Unikal" xəbər verir ki, bu barədə səfir öz tviter hesabında yazıb.
Mərkəzin fəaliyyəti barədə türkiyəli rəsmilərə məlumat verilib.