Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası məsələsi daim gündəlikdədir.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
"Burada göstərilib ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və sonradan demarkasiyası üçün milli komissiyalar yaradılsın. Rusiya tərəfi bu komissiyaların yaradılmasında məsləhətçi kimi tərəflərin sorğusu əsasında töhfə verə bilər. Təbii ki, bu istiqamətdə müəyyən işlər görülməlidir. Milli komissiyaların yaradılması məsələsi gündəlikdədir və bunun üçün gərək Ermənistan tərəfi iradə göstərsin. Biz delimitasiya və demarkasiya prosesinin başlanmasına hazırıq. Düşünürəm ki, siyasi iradə mövcud olduğu təqdirdə bu komissiyalar yaradıla bilər və sərhədlərin delimitasiya prosesinə başlanıla bilər. Bir daha qeyd edirəm ki, Azərbaycan tərəfi delimitasiya prosesinə başlamağa hazır olduğunu bildirib" - nazir müavini vurğulayıb.