Şərqi Avropa ölkələri ABŞ prezidenti Co Baydenin Rusiya və NATO arasında Ukrayna ətrafındakı vəziyyətlə bağlı dialoqa başlamaq təklifini tənqid edib.
"Unikal" bu barədə “Bloomberg” adı açıqlanmayan diplomata istinadən xəbər verib.
Məlumata görə, Vaşinqtonun Moskva ilə əlaqələri düzəltmək istəyi barədə mövqeyi dövlətlərdən birinin hökumətini qəzəbləndirib.
“Onlar prezident Co Baydenin dəqiq nəyi planlaşdırdığına dərhal aydınlıq gətirilməsini tələb edirlər”, - deyə mənbə bildirib.
Nəşr qeyd edir ki, NATO-nun “şərq cinahı” Rusiya ilə danışıqların siyasi təminatlar və Şimali Atlantika Alyansının fəaliyyət azadlığının məhdudlaşdırılması baxımından hansı güzəştlərə səbəb ola biləcəyindən narahatdır.