Yeni Azərbaycan Partiyasının sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hakim partiyanının parlament fraksiyasının fəaliyyətini dəyərləndirib.
"Unikal" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında YAP-ı təmsil edən deputatların üzərlərinə düşən vəzifələri kifayət qədər yerinə yetirdiklərini deyib.
T.Budaqovun sözlərinə görə, Milli Məclisdə YAP-ı təmsil edən deputatlar vətəndaşları narahat edəb taleyüklü problemlərin həllində öz mövqelərini daim ortaya qoyurlar: "Eyni zamanda, Azərbaycanda qanunvericilik prosesləri uğurla icra olunur. Azərbaycan bu gün ən qabaqcılı və mütərəqqi qanunvericilik sisteminə malik olan ölkələrdəndir".